"Sumqayıt" yeni titul sponsoru ilə anlaşdı

16:58 17 May 2018

"Sumqayıt" klubu ilə “Kapital Bank” arasındakı əməkdaşlıq müqaviləsinin müddəti daha bir illiyə uzadılıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, müqaviləyə uyğun olaraq, Sumqayıt şəhərində inşa olunmuş kompleks daha bir il müddətinə sözügedən bankın adını daşıyacaq. Bundan başqa, bir il ərzində “kimyaçılar”ın oyun geyimlərində (əsas və əvəzedici komanda) banka məxsus əmtəə nişanları yerləşdiriləcək

 

Qeyd edək ki, cari mövsümədək "Sumqayıt"ın forma sponsoru "Paşa Həyat" şirkəti idi.


Digər xəbərlər

Xəbər xətti