Qvardiola: "Çox pulumuz yoxdu"

18:51 17 May 2018

Mövsümü çempion kimi başa vuran “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın yay transfer planlarından bəhs edib.

 

Sportarena.az xəbər verir ki, ispaniyalı mütəxəssis İngiltərə mətbuatına açıqlamasında yayda 1-2 transfer etməyi planlaşdırdıqlarını deyib:

 

“Bir-iki transfer edəcəyik. Bundan artıq olmayacaq. Sərmayə qoyan insanlar qazanar. Məsələn, Ederson mükəmməl sərmayə idi. Bəlkə, irəli xəttə bir oyunçu ala bilərik. Danışıb, qərar verəcəyik. Hər mövsüm 300 milyon avro xərcləyəcək pulumuz yoxdu. Sərmayə qoymalıyıq”.

 

Xatırladaq ki, MS mövsümün əvvəlində transferlərə ümumilikdə 300 milyon avro xərcləmişdi.


Digər xəbərlər

Xəbər xətti