Azərbaycan Kubokunda ilk

Sportarena.az      18 May 2018, 10:16

Futzal üzrə Azərbaycan kubokunda yarımfinal oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, kubokun qalibi ilk dəfə bu uğura imza atacaq.

 

Azərbaycanın ən titullu klubu “Araz”ın da mübarizəni dayandırmasından sonra yarımfinalda heç vaxt kubok qazanmayan komandalar qarşılaşıb. Belə ki, “Marafon Futsal”, “Uğur”, “Hell Energy” və “Yasamal-2” heç vaxt ölkə kubokuna sahib çıxmayıb. Böyükhesablı qələbələr sayəsində “Marafon Futsal” və “Uğur” bir-birinə rəqib olub.

 

Əvvəlki 23 kubok mövsümündə 9 komanda yarışın qalibi olub. Bu isə o deməkdi ki, cari mövsümün mükafatı başı üzərinə qaldıracaq komanda bu siyahıya kubokun 10-cu sahibi kimi düşəcək.

 

Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox - 6 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17) kuboku başı üzərinə qaldırıb. "Araz" 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata sahib olub.

 

Digər kubok sahiblərindən EKOL üç (2010/11, 2011/12, 2015/16), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Üç komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15 mövsümündə kuboku qazanıb.

 

Qeyd edək ki, ötən mövsümün “ABU Arena”da keçirilən finalında Yüksək Liqa təmsilçisi “Neftçi” Birinci Liqada yarışan “Baku Fire” üzərində 7:5 hesabı ilə qalib gəlib.

 

Mövsüm Kubokun sahibi

1994/95 “Neftçi”

1995/96 “Neftçi”

1996/97 “Avtomobilçi”

1997/98 “Avtomobilçi”

1998/99 “Nabspor”

1999/00 “Azərneftyanacaq”

2000/01 “Azərneftyanacaq”

2001/02 “Gömrükçü”

2002/03 “Gömrükçü”

2003/04 “Turan” AİR

2004/05 “Araz”

2005/06 “Araz”

2006/07 “Araz”

2007/08 “Araz”

2008/09 “Araz”

2009/10 “Neftçi” İSM

2010/11 EKOL

2011/12 EKOL

2012/13 “Neftçi” İSM

2013/14 “Neftçi” İSM

2014/15 “Fener” FK

2015/16 EKOL

2016/17 “Neftçi” İK 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin