Mustivar: "Səhvə yol verə bilmərik"

10:35 18 May 2018

"Neftçi” Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində qarşılaşacağı "Kəpəz” klubu ilə oyunun hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, "ağ-qaralar" bu gün İsmət Qayıbov adına bazada məşq keçib. Paytaxt təmsilçisinin yarımmüdafiəçisi Soni Mustivar klubun saytına açıqlamasında "Kəpəz”lə oyunöncəsi fikirlərini bildirib:  

 

"Hamımız oyuna gərgin hazırlaşırıq. Çünki bu görüş bizim üçün çox əhəmiyyətlidi. Turnir cədvəlinin yuxarı sıralarındakı mövqeyimizi qorumaq üçün bizə qələbə lazımdı. Komanda daxilindəki abu-havaya gəlincə, hamımız fikrimizi oyuna yönəltmişik. Bu görüşdə səhvə yol verə bilmərik. Bütün qarşılaşmalara güclü rəqibə qarşı oynayacağıq kimi çıxırıq. Bir oyunda çox şey baş verə bilər. Lakin biz buna imkan verməməliyik. Hətta fikrimizi böyük oyunlardan da çox cəmləşdirməliyik. Çünki bu cür komandaların itirməyə heç nəyi yoxdu. Hətta daha təhlükəli ola bilirlər. Rəqibin "Kəpəz” və ya bir başqası olmasına baxmayaraq, yaxşı hazırlaşırıq”.

 

Xatırladaq ki, mayın 20-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz” - "Neftçi” matçı saat 17:15-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti