"Anortosis"dən Araz Abdullayev açıqlaması

11:09 18 May 2018

“Anortosis” Araz Abdullayevin bu klubdan ayrılmasını rəsmən açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Famaqusta təmsilçisi millimizin yarımmüdafiəçisi Araz Abdullayevlə yollarını ayırdığını bəyan edib. Bu barədə məlumatı klubun saytı yayıb. Araz müqavilə ilə məxsus olduğu “Qəbələ”yə qayıdıb.

 

Futbolçumuzla birlikdə, onun kimi "Anortosis"də icarədə olan hücumçu Nikolas Matteunun da ayrılığı açıqlanıb. O, PAOK-a qayıdıb.

 

Xatırladaq ki, müqavilə ilə “Qəbələ”yə məxsus olan 26 yaşlı futbolçu mövsümün əvvəlində “Anortosis”ə icarəyə verilmişdi. Araz cari mövsümdə şans qazandığı 34 oyunda 3 qola imza atıb.  


Digər xəbərlər

Xəbər xətti