Cengiz Ünderə iki böyük klubdan təklif

12:47 18 May 2018

İngiltərənin “Arsenal” və Fransanın “Monako” klubları “Roma”nın türkiyəli futbolçusu Cengiz Ünderin xidmətində maraqlıdı.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Xəbərdə “topçular”ın gənc futbolçu üçün 30 milyon, “knyazlıq klubu”nun isə 35 milyon avro ödəməyə hazır olduğu qeyd edilib.

 

Xatırladaq ki, Cengiz “Roma”ya ötən ilin yayında, 13,4 milyon avro qarşılığında “Başakşəhər”dən transfer edilib.


Digər xəbərlər

Xəbər xətti