Cerrard sabiq "Qəbələ"lidən imtina etdi

16:39 18 May 2018

Mövsümün ilk yarısını icarə əsasında "Qəbələ"də keçirmiş Endi Hallideyin "Reyncers"dəki gələcəyinə aydınlıq gəlib. Qol.az-ın Şotlandiya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın yeni baş məşqçisi Stiven Cerard 26 yaşlı futbolçudan imtina edib. Qlazqo təmsilçisi ilə hələ 2 illik müqaviləsi olan yarımmüdafiəçiyə özünə yeni klub tapması tapşırılıb. Qeyd edək ki, Hallideyin Şotlandiyanın digər klubu "Hibernians"a keçəcəyi bildirilir.


Xəbər xətti