Noyer meydanlara qayıdır

17:35 18 May 2018

"Bavariya"nın qapıçısı Manuel Noyerin adı Almaniya kubokunun finalında "Ayntraxt"la oyununun sifariş ərizəsinə daxil edilib.

 

Qol.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. Noyer öyən ilin sentyabrından sonra ilk dəfə heyətdə yer alıb. Alman qolkiperin ehtiyat oyunçular skamyasında matça başlayacağı gözlənilir. Əsas heyətdə qapıçı Sven Ulrayxın meydana çıxacağı bildirilir.

 

Qeyd edək ki, "Bavariya" - "Ayntraxt" görüşü sabah keçiriləcək.

 

Xatırladaq ki, Noyer ötən ilin sentyabrında zədələnmişdi.


Digər xəbərlər

Xəbər xətti