PSJ-dən Buffona təklif

22:58 18 May 2018

PSJ "Yuventus"un qapıçısı Canluici Buffona təklif göndərib.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb. Paris klubu 40 yaşlı qolkiperə 2 illik müqavilə təklif edib. O, Turin təmsilçisinə keçməyə razılıq verəcəyi təqdirdə, ilinə 8 milyon avro qazanacaq. Bundan başqa, PSJ-nin Buffona kapitan sarğısını verməyə hazır olduğu bildirilib.

 

Qeydedək ki, C.Buffon bu mövsümün sonu "Yuventus"dan ayrılacağını açıqlayıb. Onun həftəsonu "Verona" ilə matç "Yuventus" forması ilə sonuncu oyunu olacaq.


Digər xəbərlər

Xəbər xətti