Qvardiolanın İniesta planı

11:31 19 May 2018

Mövsümün sonunda “Barselona”dan ayrılacağı dəqiqləşən Andres İniesta ilə bağlı yeni xəbər yayılıb.

 

Sportarena.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İnyestanı yanına çağırır. Pep sabiq yetirməsini köməkçisi Mikel Arteta üçün ən uyğun əvəzedici görür.

 

O, İniestanı “Siti”yə oynayan-məşqçi kimi dəvət etməyi planlaşdırır. Məlumata görə, İnyesta bu təklifə olduqca isti yanaşıb. O, Qvardiola ilə birlikdə çalışmaq üçün Çin və Yaponiyadan gələn təkliflərə “yox” cavabı verə bilər.

 

Mikel Artetanın “Arsenal”ı çalışdıracağı deyilir.


Digər xəbərlər

Xəbər xətti