"Parma"nın 3 illik həsrəti bitdi

12:07 19 May 2018

İtaliya A Seriyasına vəsiqə qazanan daha bir klubun adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, bu gecə baş tutan sonuncu tur matçında səfərdə “Spetsiya”nı 2 cavabsız qolla məğlub edən “Parma” elitaya yüksəlib. Nəticədə, bu klub 3 illik fasilədən sonra A Seriyasına qayıdıb.

 

İtaliyanın ən köklü klublarından biri olan “Parma” 2015-ci ildə iflas etməsi səbəbindən həvəskarlar liqasına göndərilmişdi.

 

Qeyd edək ki, B Seriyasından elitaya ilk vəsiqəni mövsümü 85 xalla birinci pillədə başa vuran “Empoli” qazanıb. “Parma” isə 72 xalla ikinci olub. A Seriyasına sonuncu vəsiqənin sahibi pley-off oyunlarında müəyyənləşəcək. Pley-offda “Frozinone”, “Palermo”, “Venetsiya”, “Bari”, “Çittadella” və “Peruca” klubları mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti