"Qarabağ" qələbə qazandı

14:27 19 May 2018

Avstriyanın Şərq Regional Liqasında 33-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı doğma meydanda “Stadlau” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Emil bu görüşün iştirakçısı olmayıb. Elvinlə Dmitri isə start heyətdə meydana və sonadək oynayıblar. Oyunda yeganə qolu 35-ci dəqiqədə Dmitri Na\ıyev vurub.

 

“Qarabağ” hazırda 53 xalla 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.


Xəbər xətti