Daha bir stadionda ot örtüyü təbii olacaq

14:45 19 May 2018

Azərbaycanda növbəti mövsüm üçün klubların stadionlarının ot örtüyü yenilənəcək.

 

 

 

Sportarena.az xəbər verir ki, artıq "Bakcell Arena"da bu işə start verilib. "İnter Arena", "Azersun Arena", "Kapital Bank Arena, Zirə qəsəbə stadionunda isə mövsüm başa çatdıqdan sonra ot örtüyü dəyişiləcək.

 

"Keşlə", "Sumqayıt" və "Zirə"nin ev oyunlarını keçirdiyi meydanlara təbii ot örtüyü döşənəcək.

 

Növbəti mövsüm I divizionda iddialı komanda qurmağı və Premyer Liqaya vəsiqə qazanmaq uğrunda mübarizə aparmağı planlaşdıran "Şüvəlan" artıq bu yöndə işə start verib.

 

Komandanın ev oyunlarını keçirdiyi "AZAL Arena"nın ot örtüyü dəyişiləcək. Yararsız hala düşən meydana yeni süni ot örtüyü döşənəcək. (Rekord.az)


Digər xəbərlər

Xəbər xətti