Platinidən şok saxtakarlıq açıqlaması

Sportarena.az      19 May 2018, 15:29

UEFA-nın keçmiş prezidenti və Fransa millisinin əfsanəsi Mişel Platini şok açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, sabiq futbolçu DÇ-1998-də saxtakarlıq etdiklərini açıqlayıb. O püşkatmada fırldağa əl atdıqlarını etiraf edib. Platini finala qədər Fransanın turnirin favoritlərindən olan Braziliya ilə qarşılaşmaması üçün bu addımın atıldığını söyləyib.

 

Mundialda Fransa C, Braziliya isə A qrupunda mübarizə aparıb və qrupu lider tamamladıqları üçün finala qədər yolları kəsişməyib.

 

Finalda üz-üzə gələn komandaların duelində Fransa Zinəddin Zidanın dublu və Emanuel Petitin qolları ilə 3:0 hesabı ilə qalib gələrək dünya çempionu olmuşdu.

 

Əlavə edək ki, Platini rüşvətxorluğa görə futboldan uzaqlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin