"İnter" uzun fasilədən sonra ÇL-də - YENİLƏNİB

03:27 21 May 2018

İtaliya A Seriyasında sonuncu, 38-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma keçirilib. Çempion “Yuventus” mövsümə “Verona” ilə ev matçı ilə yekun vurub. Üç qolun qeydə alındığı qarşılaşmada Turin təmsilçisi qələbə qazanan tərəf olub.

 

Sabah A Seriyasından Çempionlar Liqasına son vəsiqənin sahibinin və aşağı liqaya düşəcək sonuncu komandanın adına aydınlıq gələcək.

 

Romada, “Olimpiko” stadionunda “Latsio” “İnter”i qəbul edəcək. Meydan sahiblərinə qitənin ən nüfuzlu klub turnirinə vəsiqə üçün heç-heçə də sərf edir. Luçano Spallettinin yetirmələri isə ÇL “bilet”i üçün paytaxtdan 3 xalla qayıtmalıdı. 

 

A Seriyasını tərk edəcək son komandanın adına isə “Napoli” - “Krotone” və SPAL - “Sampdoriya” matçlarında aydınlıq gələcək. Həm “Krotone”nin, həm də SPAL-ın eyni - 37 xalı var. Son turda daha yaxşı nəticə əldə edəcək komanda A Seriyasında yerini təmin edəcək. Hər iki matçda eyni nəticə qeydə alınsa, şəxsi oyunlarda daha yaxşı nəticəyə malik SPAL yüksək liqada qalacaq.

 

İtaliya A Seriyası, 38-ci tur

19 may

Yuventus - Verona 2:1

 

20 may

17:00 Cenoa - Torino 1:2
20:00 Milan - Fiorentina 5:1
20:00 Kalyari - Atalanta 1:0
20:00 Kyevo - Benevento 1:0
20:00 Napoli - Krotone 2:1
20:00 SPAL - Sampdoriya 3:1
20:00 Udineze - Bolonya 1:0
22:45 Latsio - İnter 2:3
22:45 Sassuolo - Roma 0:1


Xəbər xətti