Balotelli uzun fasilədən sonra milli komandada

14:50 20 May 2018

Roberto Mançini İtaliya millisinin BƏƏ, Fransa və Hollandiya ilə yoxlama oyunları üçün heyəti açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, “Skuadra Adzurra”nın yeni çalışdırıcısının dəvət göndərdiyi oyunçular arasına Mario Balotelli də var.  “Nitsa”nın forvardı sonuncu dəfə milliyə 4 il əvvəl dəvət almışdı. 2014-cü ildə yığmada 3 oyunda 1 qol vuran SuperMario həmin vaxtdan sonra “Skuadra Adzurra”nın heyətindən kənarda qalırdı.

 

Qeyd edək ki, Balotelli cari mövsümdə 36 oyunda 26 qol vurub.


Xəbər xətti