Yunis Hüseynov: "Uğurlu nəticə əldə etmək istəyirdik"

10:34 21 May 2018

Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunda evdə “Neftçi”yə 1:2 hesabıyla uduzan “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov oyunla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, Hüseynov matçın ədalətli nəticəsinin bərabərlik olduğunu deyib: 

 

“Mövsümün son oyunu idi. Azarkeşlərimizin qarşısında çıxış edirdik. Uğurlu nəticə əldə etmək istəyirdik. Ağır oyun oldu. Ədalətli nəticə bərabərlik idi. Əfsuslar olsun ki, kobud bir səhvdən sonra məğlub duruma düşdük. Son qolda qapıçı ilə müdafiəçi arasında anlaşılmazlıq oldu. Futbolda hər şey olur. Gözlənilməz qollar da vura bilərsən, buraxa da”.


Xəbər xətti