Messi "Qızıl buts"u qazandı - 5-ci dəfə

12:53 21 May 2018

"Barselona"nın hücumçusu Lionel Messi 2017-2018 mövsümü "Qızıl buts" mükafatının sahibi olub. 

 

Sportarena.az xəbər verir ki, argentinalı futbolçu cari mövsümdə La Liqada 36 oyuna 34 qol vurub. Bu göstərici ilə 68 xal yığan Messi "Liverpul"un hücumçusu Məhəmməd Salahı üstələyib. Misirli futbolçu İngiltərə Premyer Liqasında başa çatan mövsüm 36 oyuna 32 qol vurub.

 

Bu, Messinin 5-ci belə uğurudu. O, 2010, 2012, 2013 və 2017-ci illərdə də Avropa ölkələrinin çempionatlarında ən yaxşı bombardir olub. 

 

Qeyd edək ki, "Qızıl buts" reytinqində oyunçunun vurduğu qoların cəmi çempionatın müvafiq əmsalına vurulur. "Böyük 5-lik" çempionatlarında hər qol 2 xalla qiymətləndirilir.


Digər xəbərlər

Xəbər xətti