"Anortosis" Arazın transferində niyə maraqlı olmayıb? - ÖZƏL

13:43 21 May 2018

Bir neçə gün öncə Araz Abdullayevin icarə əsasında çıxış etdiyi "Anortosis"dən ayrıldığı barədə məlumat vermişdik.

 

Sportarena.az-ın əldə etdiyi məlumata görə, müxtəlif mənbələrdə ayrılığa səbəb kimi Kipr klubunun yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu "Qəbələ"nin onun transferi üçün tələb  etdiyi 150 min avronu ödəmək istəməməsi göstərilsə də, əslində, səbəb bu deyil.

 

Arazın özü Kiprdə qalmaq istəməyib. Daha doğrusu, Famaqusta klubunun təklif etdiyi şərtlər millimizin üzvünün ürəyincə olmayıb. Yarımmüdafiəçiyə edilən təklifdən müsbət cavab ala bilməyən "Anortosis" rəhbərliyi danışıqları uzatmağa ehtiyac duymayıb. Bu səbəbdən futbolçunun keçidi ilə bağlı "Qəbələ" ilə danışıqlar aparmağa da ehtiyac qalmayıb.

 

"Qəbələ"yə geri dönən Arazın xidmətində isə "Neftçi"dən başqa heç bir klub maraqlı deyil. Yarımmüdafiəçinin "qırmızı-qaralar"ın yeni mövsüm üçün planlarında yer alıb-almadığı da məlum deyil.

 

Qeyd edək ki, 26 yaşlı futbolçu cari mövsümdə "Anortosis"in heyətində 34 oyunda 3 dəfə fərqlənib.


Digər xəbərlər

Xəbər xətti