"Arsenal"da baş məşqçi postuna 2 namizəd

15:52 21 May 2018

“Arsenal” mövsümün sonunda komandanı tərk edən baş məşqçi Arsen Vengerə əvəz axtarmaqda davam edir.

 

Sportarena.az xəbər verir ki, “topçular”ın “sükanı arxasına” keçməyə əsas namizəd “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın köməkçisi olan Mikel Artetadı.

 

İngiltərə mətbuatında yer alan məlumata görə, Arteta “Arsenal”ın maraqlandığı yeganə mütəxəssis deyil. London təmsilçisinin baş məşqçi postuna digər namizəd isə PSJ-dən ayrılan Unay Emeridi. Komanda onun rəhbərliyi altında Fransa Liqa 1-in son mövsümünü çempion kimi başa vurub.


Digər xəbərlər

Xəbər xətti