"Azərsun Arena"da insident: Cavid Hüseynovla Rəşad Sadıqov üz-üzə gəldi

20:20 21 May 2018

Topaz Premyer Liqasının 28-ci-sonuncu turunda "Qəbələ" və "Qarabağ" arasında keçirilən matçıda fasilə ərəfəsində insident baş verib. 

 

Sportarena.az xəbər verir ki, "Qəbələ"nin kapitanı Cavid Hüseynov Ağdam klubunun futbolçusu Dani Kintana ilə toqquşub və onun sifətinə dirsək zərbəsi endirib. Olaya müdaxilə edən "Qarabağ"ın kapitanı Rəşad Sadıqov 30 yaşlı yarımmüdafiəçiyə etiraz edib. Bu zaman "Qəbələ"nin oyunçusu Sadıqovun da qolundan itələyib.

 

Baş hakim Rəşad Əhmədov baş verənlərə görə Hüseynovu birbaşa qırmızı vərəqə ilə meydandan qovub. 

 

Qeyd edək ki, ilk hissədən sonra "Qarabağ" 1:0 hesabı ilə qalib gəlir.


Digər xəbərlər

Xəbər xətti