Ramil Şeydayev: "Neftçi"nin mənimlə maraqlanmasından məlumatsızam"

01:33 22 May 2018

"Qarabağ"ın futbolçusu Ramil Şeydayev Topaz Premyer Liqasının sonuncu turu çərçivəsində keçirilən "Qəbələ" ilə (1:0) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki ki, millimizin üzvü öncə çempionluğu şərh edib:

 

“Çempion olduğumuz üçün şadam. Düzdür, burada çox oynamadım. Amma daha yaxşı səviyyədə olmaq üçün bundan da da çox işləyəcəm. Qızıl medalın qazanılmasında əməyi olan hər kəsə təşəkkür edirəm”.

 

Şeydayev hələlik "Qarabağ"da qalıb-qalmayacağını bilmədiyini qeyd edib. O, əməkdaşımızın ünvanladığı "Neftçi"nin maraq dairəsindəsiz, bu barədə nə fikirləşirsiz" sualını da cavablandırıb:

 

"Hələ heç nədən xəbərim yoxdu. Bu barədə bir şey danışa bilmərəm. "Neftçi"dən də mənimlə əlaqə saxlayan olmayıb. Onların mənimlə maraqlandıqlarından məlumatsızam. Müqavilə üzrə məxsus olduğum "Trabzonspor"a dönmək? Baxacağıq. Hələlik, heç kimlə danışmamışam. Fikirləşəcəm. Oynamaq istəyirəm. Amma harada çıxış edəcəyimi bilmirəm”.

 

Şeydayev Ağdam klubundakı çıxışını da dəyərləndirib:

 

"Burada çempion oldum. Bu, yaxşı haldır. "Jilina"nın heyətində də Slovakiya çempionu olmuşdum. Oyun planında isə az çıxış etdim. Xeyli məşq etmiş, öz üzərimdə çalışmışam. Klubuma, hər kəsə minnətdaram”.


Xəbər xətti