"Qarabağ" çempionluq kubokuna qovuşdu - VİDEO

05:37 22 May 2018

Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümünə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu münasibətlə Peşəkar Futbol Liqası tərəfindən  “Azersun Arena”da mükafatlandırma mərasimi və möhtəşəm atəşfəşanlıq təşkil olunub.
 

Mükafatlandıra mərasimi zamanı Topaz Premyer Liqasının çempionu “Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olunub. Həmçinin, "Qəbələ"ə gümüş, "Neftçi"yə isə bürünc medallar verilib. Medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov və Azersun Holdingin İdarə Heyətinin sədri Abdulbari Gözəl təqdim ediblər.

Qeyd edək ki, bu, “Qarabağ”ın ardıcıl 5-ci, ümumilikdə isə 6-cı çempionluğudur. 


Digər xəbərlər

Xəbər xətti