Dabo: "Çempionluqla bombardirlik arasında seçim etməli olsam..."

10:14 22 May 2018

“Qəbələ”nin futbolçusu Baqali Dabo Topaz Premyer Liqanın 28-ci turunda “Qarabağ”a uduzduqları oyundan (0:1) sonra brifinq keçirib.

 

Sportarena.az xəbər verir ki, 13 qolla Premyer Liqanın bombardiri olan fransalı hücumçu  mövsümü dəyərləndirib.

 

- Ümumi mövsüm haqqında danışırıqsa, elə oyunlar oldu ki, çox da yaxşı oynamadıq. Mövsümdən əvvəl məqsədimiz ikincilik deyildi. Amma ümumilikdə bu da pis nəticə deyil.

- Gümüş medalı qazanmaqla yanaşı, bombardir də oldunuz. Bu mükafat sizin üçün nə dərəcədə dəyərlidir?
- Mövsümün bombardiri olmuşamsa, bu, təkcə mənim yox, bütün komandanın əməyidir. Çempionluqla bombardirlik arasında seçim etməli olsam, mən çempionluğu seçərdim.
 

- Vurduğun qollardan hansını fərqləndirərsüz?
- "Səbail”ə vurduğum ilk qolu deyərdim.

- "Qəbələ”dəki gələcəyin haqqında nə düşünürsüz?
- Hələ ki bilmirəm. Qarşıda bir oyunumuz - kubokun finalı var. Ondan sonra biləcəm.


Xəbər xətti