10 il sonra milliyə dəvət alan Qurbanov kimə təşəkkür etdi? - AÇIQLAMA

11:12 22 May 2018

"Qəbələ”nin futbolçusu İlqar Qurbanov "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının 28-ci tur matçından sonra jurnalistlərə açıqlama verib:

 

Sportarena.az xəbər verir ki, o, öncə görüşlə bağlı fikilərini bölüşüb:

 

“Çox maraqlı və mübarizə səviyyəsi yüksək olan oyun getdi. "Qarabağ”ı çempionluq münasibət ilə təbrik edirəm və ÇL-də uğurlar arzulayıram. Ümid edirəm ki, yenə bizi sevindirəcəklər”.

.

Təcrübəli müdafiəçi Azərbaycan Kubokunu qazanmaq istədiklərini bildirib:

 

"Əlbəttə, biz də istərdik ki, çempion olaq, amma alınmadı. Qarşıda vacib final görüşü var. Ən azından kuboku qazanmaq istəyirik. Daha sonra isə Avropa Liqasına hazırlaşacağıq”.

 

Təxminən 10 ildən sonra ilk dəfə milliyə dəvət alan 32 yaşlı futbolçu dəvətə görə təşəkkür edib:

 

"Sevindirici haldı ki, bu formanı yenidən geymək mənə qismət olacaq. Dəvətə görə Qurban Qurbanova təşəkkür edirəm. İnanıram ki, yaxşı olar”.


Digər xəbərlər

Xəbər xətti