Mövsümün son turunun oyunlarını nə qədər azarkeş izlədi?

12:32 22 May 2018

Topaz Premyer Liqasında 2017/18 mövsümünə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, mövsümün sonuncu - 28-ci turu üçün azarkeş sayı bəlli olub.

 

Ən çox tamaşaçı Gəncədə qeydə alınıb. Şəhər stadionunda keçirilmiş “Kəpəz” - “Neftçi” qarşılaşmasını (1:2) 5000 tamaşaçı tribunalardan izləyib. Turda ən az tamaşaçı isə Bayılda qeydə alınıb. Cəmi 300 nəfər “Keşlə”nin “Səbail” üzərində minimal hesablı qələbəsinin canlı şahidi olub.

 

Çempion “Qarabağ”ın “Azərsun Arena”da “Qəbələ” üzərində 1:0 hesablı qələbəsini 3000 azarkeş tribunalardan izləyib. “Sumqayıt”ın “Zirə” ilə ev matçında (1:2) isə 1300 tamaşaçı qeydə alınıb.

 

Ümumilikdə, turun 4 oyununu 9600 seyrci izləyib ki, bu da, hər matça orta hesabla 2400 nəfər deməkdi.


Digər xəbərlər

Xəbər xətti