Amil Yunanov "Sumqayıt"dan ayrıldı?

12:50 22 May 2018

Azərbaycan milli komandasının futbolçusu Amil Yunanov “Sumqayıt” klubundan ayrılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Report”a 25 yaşlı hücumçunun özü məlumat verib. O, bildirib ki, Sumqayıt təmsilçisinin müqavilənin müddətini uzatmaqla bağlı təklifini qəbul etməyib. Yunanov yerli klublardan təkliflər aldığını, karyerasını harada davam etdirəcəyi ilə bağlı qərarı yığmanın 23 may - 9 iyun toplanışından sonra verəcəyini bildirib.

 

Qeyd edək ki, Amil Yunanov başa çatan mövsümdə Azərbaycan Premyer Liqasında 10 qol vurub və bombardir adını qazanan “Qəbələ”nin forvardı Baqali Dabodan 3 top geri qalıb. Azərbaycanlı ən məhsuldar hücumçu "Sumqayıt"da 2015-ci ildən çıxış edirdi. 


Digər xəbərlər

Xəbər xətti