Rəşad Sadıqov kuboku qaldırmaqdan niyə imtina edib?

14:14 22 May 2018

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov növbəti dəfə nümunəvi hərəkəti ilə diqqət çəkib.
 

Sportarena.az xəbər verir kiu, 34 yaşlı müdafiəçi dünən Topaz Premyer Liqanın 2017-2018 mövsümünün sonuncu - 28-ci turunun "Qəbələ" ilə oyunundan sonra keçirilən mükafatlandırılma mərasimində komanda yoldaşı Riçard Almeydaya jest edib. Tədbirin aparıcısına yaxınlaşan futbolçu ondan Riçard Almeydanı mərkəzə dəvət etməsini istəyib. "Qarabağ"ın kapitanı olaraq kuboku başı üzərinə qaldırmalı olan Rəşad bu vəzifəni Ağdam klubunda son oyununu keçirən Almeydaya həvalə edib. Nəticədə kubok braziliyalı futbolçuya təqdim olunub.

 

Kapitanın bu hərəkətindən göz yaşlarını güclə saxlayan Riçard da öz növbəsində "Qarabağ"dakı son titulunu başı üzərinə qaldırıb.


Digər xəbərlər

Xəbər xətti