Ruslan Abışovla Rəhman Hacıyev üçün əlamətdar tur

Sportarena.az      22 May 2018, 16:22

Topaz Premyer Liqasının 28-ci turunun “Kəpəz” - “Neftçi” matçı 2 yubileylə əlamətdar olub. 

 

Sportarena.az xəbər verir ki, 2:1 hesablı səfər qələbəsi ilə çempionatın bürünc medalını qazanan qonaqların iki oyunçusu ölkə birinciliklərində “ağ-qaralar”ın heyətində əlamətdar matçına çıxıb. Gəncədəki görüşdə hesabı açan Ruslan Abışov “Neftçi”də 150-ci çempionat oyununu keçirib. Yubileyi qolla qeyd edən müdafiəçi bu göstəricidə “Neftçi”nin Azərbaycan çempionatları tarixində 5-ci oyunçusudu.

 

Onun komanda yoldaşı Rəhman Hacıyev isə 100-ə çatıb. O, “Neftçi”də 100 və daha çox çempionat matçına çıxan 25-ci oyunçudu.

 

Qeyd edək ki, ümumilikdə Azərbaycan çempionatlarında Ruslan 224-cü, Rəhman 162-ci oyununu keçirib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin