İspaniya millinin baş məşqçisi ilə bağlı yeni qərar qəbul edildi

16:58 22 May 2018

İspaniya Futbol Federasiyası millinin baş məşqçisi Julyen Lopeteqi ilə yeni müqavilə imzalayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. 51 yaşlı mütəxəssislə müqavilənin müddəti 2020-ci ilin iyununa kimi uzadılıb.

 

Qeyd edək ki, Lopeteqi 2016-cı ildən İspaniya millisini çalışdırır.


Xəbər xətti