İş adamı Cavid Hüseynovla Elvin Məmmədova 100 min "atdı"

Sportarena.az      22 May 2018, 17:50

Azərbaycan millisinin və "Qəbələ"nin futbolçuları - Cavid Hüseynov və Elvin Məmmədov dələduzluğa məruz qaldıqlarını iddia edirlər.

 

Sportarena.az xəbər verir ki, həmin futbolçular Yasamal Rayon Polis İdarəsinə yazılı müraciət edərək, hazırda həbsdə olan iş adamı Ayaz Məhərrəmovun onlara qarşı dələduzluq etdiyini bildiriblər. Futbolçular müraciətlərində qeyd ediblər ki, Məhərrəmov onların etibarlarından sui-istifadə edərək, Hüseynovdan 40 min, Məmmədovdan isə 60 min manat pul alıb. Bildirdiklərinə görə, iş adamı verdiyi vədə əməl etməyib və ümumilikdə 100 min manat pulu geri qaytarmayıb. Lakin Məhərrəmov həmin pulları futbolçulardan biznes qurmaq adı ilə faizə aldığını deyib. Hazırda faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. 

 

Məhərrəmovun vəkili Ceyhun Yusifov faktı təsdiqləyib, lakin əlavə məlumat vermək istəmədiyini söyləyib.

 

Qeyd edək ki, Məhərrəmov dələduzluqda ittiham olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətə azadlıqdan məhrum edilib. (Report.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin