Daha bir hakim Premyer Liqada debüt etdi

18:29 22 May 2018

Topaz Premyer Liqasının sonuncu - 28-ci turu baş hakim debütü ilə yadda qalıb.

 

Sportarena.az xəbər verir ki, “Səbail” - “Keşlə” matçını (0:1) idarə edən Vüqar Həsənli Azərbaycan çempionatının yüksək dəstəsində ilk matçını keçirib. O, cari mövsümdə Premyer Liqa oyununu idarə edən 12-ci referidi. Əvvəlki 27 turun matçları 11 hakimə həvalə olunmuşdu.

 

Həsənli ölkə çempionatları tarixinə 97-cı baş hakim kimi düşüb. Belə ki, 1992-ci ildən keçirilən yarışda onadək 96 referi ədaləti qorumuşdu.


Digər xəbərlər

Xəbər xətti