Regional Liqasında da mövsüm bitdi

23:26 22 May 2018

Bu gün AFFA-nın təşkil etdiyi Region Liqasında final və 3-cü yer uğrunda oyunlar keçirilib.

 

Spotarena.az xəbər verir ki, hər iki matç Bayıl stadionunda baş tutub. "Araz Naxçıvan" və "Füzuli" komandaları 3-cü yer uğrunda matçda üz-üzə gəliblər. Əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatan oyunun penaltilər seriyasında daha dəqiq oynayan Füzuli futbolçuları liqanı 3-cü pillədə başa vurublar.

 

Finalda isə Mingəçevirin "Energetik" və Sumqayıtın "Uğur" komandaları üz-üzə gəliblər. Qarşılaşma sumqayıtlıların 2:0 hesablı qələbəsiylə nəticələnib. "Uğur" Region Liqasının ilk qalibi olub. 


Xəbər xətti