Samir Əliyev "Səbail"dən ayrıldı

23:44 22 May 2018

"Səbail"in baş məşqçisi Samir Əliyev klubla yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu gün rəhbərliklə baş məşqçi Samir Əliyev arasında görüş keçirilib. Görüşdə "Səbail"in Topaz Premyer Liqasının geridə qalan mövsümündə çıxışı barədə ətraflı müzakirələr aparılıb. Qarşılıqlı razılıq əsasında Samir Əliyevin "Səbail"in baş məşqçisi kimi müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib. 

 

Xatırladaq ki, "Səbail" Samir Əliyevin rəhbərliyi altında Premyer Liqanın son mövsümünü 23 xalla 8 komanda arasında 7-ci pillədə başa vurub.


Xəbər xətti