AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
Topaz Premyer Liqasının 28-ci turunun “Sumqayıt” - “Zirə” matçında “Zirə”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. Oyunun 90+3-cü dəqiqəsində “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.
Premyer Liqanın 28-ci turunun “Kəpəz” - “Neftçi” matçının 87-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Kiril Petrov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Futbolçu bu səbəbdən 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
Premyer Liqanın 28-ci turunun “Qəbələ” - “Qarabağ” matçının 45+2-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Cavid Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalanır, klub 2400 manat cərimə olunur.