AFFA-dan 2 oyunçuya 10 oyunluq cəza

14:19 23 May 2018

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarea.az xəbər verir ki, iclasda futzal üzrə Azərbaycan kubokunun "Uğur"la "Marafon Futsal" arasında keçirilmiş final oyunu ilə bağlı da qərarlar verilib.

 

Oyunun 37-ci dəqiqəsində “Uğur”un futzalçısı Amin Nasrolla ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futzalçı 1 oyunluq cəzalanır. 38-ci dəqiqədə “Marafon Futsal”ın üzvü Arif Bolouri ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futzalçı 1 oyunluq cəzalanır. 

 

Oyunun 38-ci dəqiqəsində “Uğur” klubunun futzalçısı Mahsen Geşani və Rza Əmoni hakimlər briqadasın təhqir etdiyinə, aqressiv davranış, hakimə və rəqibə qarşı fiziki təzyiq göstərdiklərinə görə meydandan kənarlaşdırıldıqları üçün hər iki futzalçı 10 oyun cəzalanır. 

 

“Marafon Futsal” klubunun futzalçısı Seymur Məmmədov oyundan sonra rəqibi təhqir etdiyinə görə 3 oyun cəzalanır. 


Digər xəbərlər

Xəbər xətti