Billiat “Qarabağ”a gəlir

14:52 23 May 2018

“Qarabağ”a transferi gündəmdə olan Xama Billiat Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubunda son oyununu keçirib. CAR təmsilçisi Afrika Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Qvineyanın “Horoya” klubunun qonağı olub və 2:2 hesablı heç-heçə edib. Komandasının ikinci qoluna Billiat imza atıb.

 

Sportarena.az xəbər verir ki, BBC Billiatın "Mamelodi Sandaunz"da son oyununu keçirdiyini yazıb. Xəbərdə deyilir ki, Zimbabve millisinin forvardının növbəti dayanacağı Azərbaycan olacaq.

 

Billiat 2013-cü ildən "Mamelodi Sandaunz"un formasını geyinir.


Digər xəbərlər

Xəbər xətti