"Qarabağ" daha iki futbolçu ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, milli komandamızın sabiq üzvləri Rahid Əmirquliyev və Arif Daşdəmirovla başa çatan müqavilə yenilənməyib. Bununla da əsas heyətinə düşə bilməyən təcrübəli oyunçuların Ağdam klubundakı karyeraları başa çatıb.
Qeyd edək ki, Pedro Enrike, Əfran İsmayılov və Riçard Almeyda "Qarabağ"dan ayrlıb. Pedro müqavilə ilə məxsus olduğu PAOK-a geri dönüb. Almeyda karyerasını başqa klubda davam etdirmək qərarına gəlib. Əfrana isə yeni müqavilə təklif edilməyib.