Dünyanın ən məhşur idmançısı kimdir? - SİYAHI AÇIQLANDI

16:49 23 May 2018

ESPN dünyanın ən məşhur idmançılarının adlarını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, siyahıda ilk sıranı “Real”ın və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo tutub. İkinci pillədə isə basketbolçu, "Klivlend Kavalyers”in üzvü Lebron Ceyms qərarlaşıb. “Barselona”nın və Argentina millisinin futbolçusu Lionel Messi isə üçüncü olub.

 

İdmançıların məşhurluğu onların sosial şəbəkələrdə izləyici sayı, “google”da axtarış sayı və s. kimi nüanslarla müəyyənləşdirilib.

 

Siyahıda ilk onluqda aşağıdakı idmançılar qərarlaşıb:

1. Kriştiano Ronaldo (futbol) 
2. Lebron Ceyms (basketbol) 
3. Lionel Messi (futbol) 
4. Neymar (futbol) 
5. Rocer Federer (tennis) 
6. Tayqer Vuds (qolf) 
7. Kevin Dyurant (basketbol) 
8. Rafael Nadal (tennis) 
9. Stefan Karri (basketbol) 
10. Fil Mikelson (qolf)


Digər xəbərlər

Xəbər xətti