Daha bir legioner "Qarabağ"ı tərk edir - İtaliyada oynamaq istəyir

10:16 24 May 2018

“Qarabağ”ın futbolçusu Donald Gerye karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə hazırda vətəni Haitidə tətildə olan yarımmüdafiəçi yerli mətbuata açıqlamasında məlumat verib. O, menecerinin İtaliyada ona klub tapmağa yaxın olduğunu qeyd edərək, Avropanın ən güclü çempionatlarından birində oynamağın onun üçün qürur olacağını bildirib:

 

“Avropanın beş ən böyük çempionatından birində oynamaq mənim üçün qürur olacaq”.

 

Gerye “Qarabağ”a ötən ilin yayında, Türkiyənin “Alanyaspor” klubundan keçib. O, son mövsümdə bütün turnirlərdə şans qazandığı 34 matçda 3 qol vurub, 1 məhsuldar ötürmə edib. 29 yaşlı futbolçunun Ağdam təmsilçisi ilə müqavilə müddəti gələn ilin yayında başa çatacaq.

 

Qeyd edək ki. artıq Pedro Enrike, Riçard Almeyda, Əfran İsmayılov, Rahid Əmirquliyev və Arif Daşdəmirov "Qarabağ"dan ayrılıb.


Digər xəbərlər

Xəbər xətti