Daha bir ulduz milli karyerasını bitirdi - Mundiala aparılmadığına görə

10:34 24 May 2018

PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyo Fransa millisinin dünya çempionatı üçün açıqlanan ehtiyat heyəti ilə məşqə çıxmaqdan imtina edib.

 

Sportarena.az xəbər verir ki, yığmanın baş məşqçisi Didye Deşama elektron məktub yazan 23 yaşlı futbolçu bundan sonra haç vaxt millinin hazırlıq prosesində iştirak etməyəcəyini bildirib. Rabyonun hərəkətinə münasibət bildirən Fransa Futbol Federasiyasının başçısı Noel le Qre futbolçunun səhvə yol verdiyini söyləyib:

 

“Rabyo yüksək səviyyəli futbolçu və yaraşıqlı oğlandı. Bütün yığmalarda hər zaman özünü adət etdiyimiz kimi layiqli aparıb. Ona görə də reaksiya bir qədər qəribə gəldi. Əhvalı pozulub, ancaq əllərini yanına salmalı və millidən imtina etməli deyil. Adrien yanlış qərar qəbul etdi və özü özünü cəzalandırdı”.

 

Qeyd edək ki, Rabyo Fransa millisinin Rusiyada keçiriləcək DÇ-2018 üçün açıqlanan 23 nəfərlik siyahısında yer almayıb


Digər xəbərlər

Xəbər xətti