Rahid Əmirquliyev seçim qarşısında - ÖZƏL

11:13 24 May 2018

Müqaviləsi başa çatdığı üçün "Qarabağ"dan ayrılan Rahid Əmirquliyevə 2 təklif var.

 

Sportarena.az-ın əldə etdiyi məlumata görə, yarımmüdafiəçi ilə "Zirə" və "Neftçi" yaxından maraqlanır. Sözügedən klublar artıq 28 yaşlı futbolçuyla danışıqlara başlayıblar.

 

Əmirquliyevin hansı kluba keçəcəyi isə artıq özündən aslıdı. Böyük ehtimalla qarşıdakı həftə onun yeni mövsümdən hansı klubun formasını geyinəcəyi məlum olacaq.


Digər xəbərlər

Xəbər xətti