İniesta yeni klubu ilə müqavilə bağladı

14:40 24 May 2018

Mövsümün sonunda “Barselona”dan ayrılan Andres İniestanın yeni klubunun adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, 34 yaşlı futbolçu karyerasını Yaponiyanın “Vissel Kobe” klubunda davam etdirəcək. Bu barədə məlumatı klubun saytı yayıb.Mayın 26-da İnyestanın təqdimat mərasimi keçiriləcək.

 

Futbolçu Yaponiya təmsilçisi ilə 3 illik müqavilə bağlayıb. O, burda ilinə 30 milyon dollar qazanacaq.


Xəbər xətti