Millimiz Makedoniya ilə heç-heçə etdi

23:34 24 May 2018

Bu gün 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq görüşünü keçirib.

 

Sportarena.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Makedoniyadan olan həmyaşıdları ilə üz-üzə gəlib. "Dalğa Arena"dakı qarşılaşmada qalib müəyyənləşməyib. Yığmamız Balkan təmsilçisi ilə iki dəfə qarşılaşacaq. Bu komandalar arasında növbəti görüş mayın 27-də baş tutacaq.

 

U-20 millimiz toplanış çərçivəsində ilk oyununu ötən həftə Gürcüstandan olan həmyaşıdlarına qarşı keçirib və 1:2 hesabıyla uduzub.

 

Yoldaşlıq oyunu

24 may

Azərbaycan (U-20) - Makedoniya (U-20) 1:1

Qol: Kamran Əliyev, 5 - Filip Trayanovski, 87.

 

Azərbaycan: 12. Kamran İbrahimov, 3. Anton Krivotsyuk, 13. Murad Qayalı, 6. Hacıağa Hacılı (k), 2. Amin Seydiyev, 18. Ricat Qarayev, 10. İsmayıl İbrahimli, 23. Ziya Əzizov, 7. Fərid Nəbiyev, 20. Kamran Əliyev, 17. Ozan Can Kökcü

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 22. Nicat Mehbalıyev, 27. Ərziman Rizvanov, 9. Ruslan Hacıyev, 28. Şakir Seyidov, 24. Zahid Mərdanov, 5. İbrahim Hüseynov, 21. Rüstəm Nuriyev, 19. Famil Camalov, 26. Faiq Hacıyev, 15. Əli Sadıxov, 25. Təbriz Xubanov, 11. Süleyman Əhmədov, 8. Rafael Məhərrəmli

Baş məşqçi: Rəşad Sadıqov  

 

Makedoniya: 1. Riste Yankov, 2. Todor Todorovski, 3. Mixail Manevski, 5. Nexar Sadiki, 19. Filip Trayanovski, 11. Omar İmeri, 17. Daniel Milovanovik, 7. Milan Ristovski, 8. Yani Atanasov, 9. Kristian Trapanovski, 10. Davor Zdravkovski (k)

 

Ehtiyat oyunçular: 12. Xristian Stevkovski, 22. Tomas Bojinovski, 18. Vane Yovanov, 15. Oliver Stoymenovski, 13. Filip Antovski, 14. Darko Çurlinov, 6. Stefan Boqdanovski, 16. Marko Ferukoski, 21. Kristian Trayçeski, 4. Mile Todorov, 20. Aqron Rufati 

 

Baş məşqçi: Blaqoya Milevski


Digər xəbərlər

Xəbər xətti