Gerye təkzib etdi: "Qarabağ"dan getmirəm"

10:43 25 May 2018

“Qarabağ”ın futbolçusu Donald Gerrye İtaliya A seriyasının klublarından birinə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, Haiti millisinin üzvü özünün "İnstaqram" səhifəsi vasitəsilə bu xəbərləri təkzib edib. O, Ağdam klubunda qalacağını bildirib:

 

“İtaliya klubunda oynamaq üçün “Qarabağ”ı tərk edəcəyimi yazırlar. Lakin bu, düzgün informasiya deyil. Mənim klubumla daha bir illik müqaviləm var. "Qarabağ"dan getmirəm”.

 

Qeyd edək ki, ölkəsinin mətbuatında onun A seriyası klublarından biri ilə razılığa gəlmək üzrə olduğu bildirilirdi. Maraqlı məqam futbolçunun həmin xəbəri açıqlaması ilə təsdiq etməsi idi.


Digər xəbərlər

Xəbər xətti