“Qarabağ” mövsümü qələbə ilə başa vurdu

10:48 26 May 2018

Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında mövsümə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı da 2017/18 mövsümündə son matçına çıxıb. Sözügedən kollektiv 34-cü tur çərçivəsində doğma meydanda “Noyzidl” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb - 4:2.

 

Emil bu görüşün iştirakçısı olmayıb. Elvinlə Dmitri isə start heyətdə meydana və sonadək oynayıblar. Elvin sarı vərəqə ilə də cəzalanıb.

 

“Qarabağ” mövsümü 56 xalla 16 komanda arasında 5-ci pillədə başa vurub. Vyana klubunun 2-ci liqaya düşmək üçün pley-off oyunlarına vəsiqə verən ilk dördlüyə düşməsinə cəmi 1 xal çatmayıb. Vyana “Austriya”sı 57 xalla 4-cü olub.


Xəbər xətti