"Ondan başqa heç bir futbolçunu rus qızlarla görüşməyə qoymayacam" - AÇIQLAMA

14:58 26 May 2018

Rusiyada keçiriləcək DÇ-2018-də çıxış edəcək Nigeriya yığmasının baş məşqçisi Qernot Ror millinin futbolçularına rus qızları ilə görüşməyə qadağa qoyub.

 

Sportarnea.az xəbər verir ki, bu barədə o, özü məlumat verib. Ror bildirib ki, futbolçular mundial vaxtı ancaq həyat yoldaşları və ailələri ilə görüşə biləcək: 

 

"Bunun üçün hər oyunçunun otağı olacaq. Lakin buna oyun günü və ondan əvvəlki gün icazə verilməyəcək. Mən futbolçulara rus qızlarla və “peşəkarlar”la görüşməsinə imkan verməyəcəm. Yalnız Con Obi Mikel istisnadır. Çünki onun həyat yoldaşı rusdur”.


Xəbər xətti