"Səbail"dən rəsmi 2 transfer

18:32 26 May 2018

Son günlərdə 12 futbolçusu ilə vidalaşan “Səbail” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu artıq sıralarına 2 futbolçu cəlb edib. Belə ki, “Səbail” Rahid Əmirquliyevlə Ağabala Ramazanovu heyətinə qatıb. Futbolçuların hər biri ilə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, həm Rahid, həm də Ağabala son mövsümü “Qarabağ”da keçirib. 


Digər xəbərlər

Xəbər xətti