Salah Dünya çempionatında oynaya biləcək? - Nazirdən rəsmi açıqlama

11:17 27 May 2018

Dünən Çempionlar Liqasının “Real”la final oyununda zədələnən “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salahın gələn ay Rusiyada keçiriləcək dünya çempionatında oynayıb-oynamayacağına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, 25 yaşlı futbolçu yığma ilə birlikdə mundialda yer alacaq. Misirin idman naziri Xalid Abdül Əziz bildirib ki, Salahın sağalması üçün 2 həftə vaxt lazımdı:

 

“Salaha bir neçə gün istirahət verəcəklər. Həmin ərəfədə müalicənin birinci mərhələsi olacaq. Bundan sonra o, komandaya qoşulacaq. Məhəmmədin Misir millisinin dünya çempionatına gedəcək yekun heyətində yer almasına heç nə mane olmamalıdı”.

 

Qeyd edək ki, dünən “Liverpul”un 1:3 hesabı ilə uduzduğu matçın 29-cu dəqiqəində çiynindən zədə alan Salahın DÇ-2018-i buraxacağı bildirilmişdi.


Xəbər xətti