Premyer Liqaya yüksələn sonuncu klubun adı bəlli oldu

12:23 27 May 2018

Futbol üzrə İngiltərə Premyer Liqasına vəsiqə qazanan sonuncu klubuna adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, “Aston Villa” ilə qarşılaşan “Fulhem” pley-offun həlledici görüşündə 1:0 hesabıyla qalib gələrək, yenidən elitaya qayıdıb.

 

2001-ci ildən Premyer Liqada mübarizə aparan “Fulhem” 2014-cü ildə Çempionşipə düşmüşdü.

 

Qeyd edək ki, daha öncə “Kardiff Siti və “Vulverhempton” Premyer Liqaya vəsiqə əldə etmişdi.


Digər xəbərlər

Xəbər xətti